Xəbərlər
Hörmətli abunəçilər,
Avadanlıqların yenilənməsi ilə bağlı texniki işlər yekunlaşdı və telekanalların yayımının keyfiyyətini yüksəltməyə imkan verdi.
Görülən texniki işlərlə yanaşı kanalların siyahısında dəyişikliklər olunub. Dörd yeni kanalın əlavə olunduğunu elan etməyə tələsirik: TVNet Sport HD, TVNet Kino HD, Beyaz tv, Baku tv.
Sevimli kanallarınıza xoş seyrlər!
Sizin TV operator, ATV+
Hörmətli abunəçilər,
Avadanlıqların yenilənməsi ilə əlaqədar olaraq, 11 yanvar 2024-cü il tarixdən etibarən, ATV PLUS şəbəkəsində yayımlanan kanalların yayımında müvəqqəti dayanmalar olacaqdır.
İşlər tam bitdikdən sonra əlavə məlumat veriləcəkdir.
Öncədən narahatçılığa görə üzr istəyirik!
ATV+
Hörmətli abunəçilər!
Rusiya kanallarının yayımında problemlər müşahidə olunur. Texniki problem Atv plus-un hüdudlarından kənar magistral xəttlərdədir.
Hörmətli abunəçilər!
Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar 26 fevral tarixində musiqili, əyləncəli və bəzi kino kanalların yayımı müvəqqəti dayandırılacaq.
Allah şəhidlərimizə rəhmət etsin.
Hörmətli abunəçilər!
20 Yanvar ümummilli hüzn günü ilə əlaqədar "ATV+" vasitəsilə izlədiyiniz musiqili, əyləncəli və bəzi kino kanalların yayımı dayandırılacaq.
Allah şəhidlərimizə rəhmət etsin.